Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:35

-

Yaxın günlərdə Qarabağ nizamlanması üzrə danışıqların intensiv mərhələsi başlanacaq. Bunu dövlət başçısının köməkçisi Əli Həsənov bildirib

Ə.Həsənov deyib ki, Azərbaycan danışıqların intensivləşdirilməsini və torpaqların azad olunmasını tələb edir. Dağlıq Qarabağdakı son gərginliyə toxunan prezidentin köməkçisi vurğulayıb ki, ermənilər yalnız Rusiya prezidenti Vladimir Putin-in çağırışından sonra atəşi dayandırmağa razılaşıblar.

«Turan» xəbər verir ki, tanınmış moskvalı politoloq, Rusiya prezidenti yanında İctimai Palatanın üzvü Sergei Markov münaqişə ilə bağlı ehtimal olunan sazişdən danışıb. O bildirib ki, gələcək saziş Qarabağ ətrafında, ən azı, 5 rayonun azad edilməsini nəzərdə tutur. Bu, cari ilin sonunadək baş verməlidir.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov da bu ay Bakıda olarkən Qarabağ ətrafında rayonların azad edilməsindən və regionun statusunun müəyyən olunmasından danışmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG