Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:29

Braziliya parlamentinin aşağı palatası prezident Dilma Russeffə qarşı impiçment prosesinə başlanmasına səs verib.

367 deputat prezidentin əleyhinə, 137-si isə lehinə səs verib.

Minlərlə adam xəbəri Braziliyanın mərkəzi meydanında bayram kimi qeyd edib.

Prezident 2014-cü ildə yenidən seçilmək üçün dövlət büdcəsindən istifadədə ittiham olunur.

Rəy sorğusuna görə sakinlərin 60 faizdən çoxu onun getməsini istəyir.

Prezident ittihamı rədd edir.

“Mənim ölkəm ədalətli insanların sayəsində qalib gəldi. Mən bütün mitinqlərdə iştirak etmişəm və heyfslənmirəm.Bu lazım idi və yenə gələcəm”, Xose Pires adlı aksiyaçı deyir.

İndi Senat da belə qərar qəbul etsə prezident məhkəmə prosesi vaxtı səlahiyyətlərindən məhrum ediləcək.

Məhkəmə yarım il sürə bilər.

Bu müddət ərzində prezidentin səlahiyyətlərini vitse-prezident icra edəcək.

Bu 1992-ci ildən bu yana Braziliyada ilk hal olacaq.

Həmin vaxt prezident Fernando Kolor di Melo korrupsiyaya görə istefa verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG