Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:17

Brüsseldə terror əleyhinə çoxminlik nümayiş keçirilib.

Polisin məlumatına görə nümayişdə 7 minədək adam iştirak edib.

Nümayişi vətəndaş cəmiyyəti fəalları təşkil edib.

Təşkilatçılardan biri Uoter Hillaret:

“Biz Belçikanı birləşdirmək istəyirik. Hesab edirəm ki, bu terrora ən layiqli cavabdır.Biz terrorçuluğa qarşı birgə mübarizə aparacağıq”.

Aksiyada müsəlmanlar da daxil olmaqla müxtəlif dinlərin nümayəndələri iştirak edib.

Aksiyaçılar “İslam Dövləti rədd ol, Belçika sənin deyil” kimi şüarlar səsləndiriliblər.

Təşkilatçılar və bu yaxınlarda törədilən terror qurbanlarının ailə üzvləri aksiyadan sonra baş nazir Şarl Mişellə görüşüblər.

Qeyd edək ki, ötən ay Brüesseldə törədilən partlayışlarda 32 nəfər ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG