Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:51

-

«Maddi imkanları aşağı olan insanların tibbi sığortası dövlət tərəfindən maliyyələşdiriləcək. İmkanlı insanlar isə tibbi sığorta haqlarının böyük hissəsini özləri ödəyəcəklər. Bununla da səhiyyə sistemi üçün vacib sayılan əlavə resursların cəlb olunması təmin ediləcək».

AZƏRTAC-ın xəbərinə görə, bunu aprelin 18-də Baş nazirin müavini Əli Əhmədov İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işi ilə maraqlanarkən jurnalistlərə deyib.

Əli Əhmədov Agentliyin ofisində yaradılan şəraitlə tanış olub, işçilərlə söhbət edib, onlara öz tövsiyələrini verib.

Baş nazirin müavini qeyd edib ki, artıq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi formalaşmaq üzrədir və xeyli iş görülüb: «Müəyyən konsepsiya hazırlanıb və bunun üzərində iş gedir. Digər tərəfdən, dünya ölkələrinin təcrübəsi öyrənilir və Azərbaycanda hansı modelin tətbiq edilməsi məsələsini aydınlaşdırmaq üçün beynəlxalq ekspertlər ölkəyə dəvət edilib. Əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi bu kontekstdə mühüm əhəmiyyət kəsb edir. İcbari tibbi sığortanın tətbiqi nəticəsində əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti əhəmiyyətli dərəcədə artacaq».

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması haqda fərmanı prezident İlham Əliyev hələ 2007-ci il dekabrın 27-də vermişdi. Ötən il oktyabrın 27-də isə prezident Zaur Əliyevi bu quruma direktor təyin edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG