Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:38

25 dərəcə isti olacaq


Günəş
Günəş

-

Aprelin 19-u Bakı və Abşeronda havanın dəyişkən buludlu olacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya

Departamentinin xəbərinə görə, axşama doğru havanın tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Abşeronda gecə 10-13, gündüz 18-23, Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacaq.

Ölkənin rayonlarında da ciddi yağıntı gözlənilmir. Axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxması, qısamüddətli yağış yağması ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Gecə 8-13, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti olacaq.

XS
SM
MD
LG