Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:37

-

Son 15 ayda İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının gəliri 30 faiz azalıb. Bu da qruplaşmanın elan etdiyi xilafətin uzunmüddətli idarəçiliyinə təhlükəni üzə çıxarıb.

Aprelin 18-də ABŞ-da mənzillənən IHS təhlil firmasının yaydığı hesabatda deyilir ki, martda qruplaşmanın gəliri 56 milyon dollara düşüb. Ötən ilin ortasında bu rəqəm 80 milyon dollar idi.

Qrupun məlumatına görə, həmin müddət ərzində İŞİD-in nəzarətində olan ərazilərdə neft hasilatı 33 min barreldən 21 min barrelə düşüb. Belə ki, hava zərbələri neft obyektlərinə ciddi ziyan vurub.

İŞİD tutduğu ərazilərin 22 faizini də itirib və hazırda 9 milyon deyil, 6 milyon əhalini idarə edir. Yəni qruplaşmanın vergi bazası da kiçilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG