Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:03

Avtomobil idxalı 8 dəfə azalıb


Avtomobil
Avtomobil

-

Bu ilin birinci rübündə Azərbaycana 1362 avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 8 min 673ədəd azalıb. Bu, 7.37 dəfə azalma deməkdir.

2013-cü ilin birinci rübündə 21 min 379, 2014 - də 22 min 511, 2015-ci də isə 10 min 35 ədəd avtomobil idxal olunmuşdu.

Bu ilin ilk rübündə ölkəyə gətirilənlərdən 19 -u mikroavtobus, 1235 ədədi isə minik avtomobilləridir. Qalanları yük maşınları və xüsusi təyinatlı avtomobillər olub.

XS
SM
MD
LG