Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:38

-

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan hərbçisinin meyitinin alınması ilə bağlı yenidən danışıqlara başlayıb.

Bunu «Trend»ə açıqlamasında BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

Qurum nümayəndəsi qeyd edib ki, hazırda bu istiqamətdə danışıqlar davam etdirilir: «Beynəlxalq Qızıl Xaç Komitəsi hazırda münaqişə tərəfləri ilə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı dialoqu davam etdirir. Həmin dialoq konfidensial olduğuna görə ictimaiyyətə açıqlanmır».

Bir neçə gün öncə Ermənistan tərəfi döyüş meydanında bir azərbaycanlı hərbçinin meyitinin aşkar edilməsi barədə məlumat yaymışdı. Azərbaycan tərəfi BQXK-nın vasitəçiliyi ilə meyitinin alınmasına çalışsa da, sonradan bu baş tutmadı.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bildirməsinə görə, Ermənistan tərəfi son anda bundan imtina edib. Komissiyanın açıqlamasına görə, onlar vasitəçilərlə əlaqə saxlayaraq özlərinin səhv etdiyini, meyitin Azərbaycan hərbi qulluqçusuna aid olmadığını və təhvil prosesinin keçirilməyəcəyini deyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG