Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:20

-

Aprelin 18-də səhər Brent xam neftinin qiyməti 6 faiz düşüb. Qətərdə neft istehsalçısı olan ölkələrin toplantısında neftin qiyməti üzrə razılaşma əldə olunmayıb.

Rusiyanın Enerji naziri Aleksandr Novak aprelin 17-də görüş bitəndən sonra deyib ki, Kreml hasilatın dondurulması üzrə razılıq əldə olunacağına nikbin yanaşmır. Səbəb konfransda “qızğın müzakirələrin keçməsi” və “İranın mövqeyidir”.

OPEC üzvü olan İran görüşə qatılmayıb və hasilatı sanksiyaları əvvəlki səviyyəyə çatdırmayanadək heç bir məhdudlaşdırmaya getməyəcəyini bildirir.

Səudiyyə Ərəbistanı isə israr edir ki, bütün istehsalçılar hasilatın dondurulmasına razılaşmalıdır.

Qətərin enerji naziri OPEC üzvlərinin iyunda Vyanada yenidən toplaşacağını bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG