Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:22

Azərbaycan Ermənistanı meyiti qaytarmamaqda qınayır


"Ola bilsin, Putin Qarabağla bağlı ABŞ-ı nüfuzdan salmaq istəyir"
Gözlə

No media source currently available

0:00 0:16:06 0:00

"Ola bilsin, Putin Qarabağla bağlı ABŞ-ı nüfuzdan salmaq istəyir"

-

Azərbaycan Müdafiə Nazirliyi aprelin 17-də yeni məlumat yayıb. Məlumatda Azərbaycan hərbiçisinin meyitinin qaytarılmamasına görə, Ermənistan tərəfi qınanılır:

“Erməni tərəfi həmişə olduğu kimi yenə də əldə edilmiş razılaşmaları pozur. Beynəlxalq vasitəçilərin təşəbbüsünü saymır və əvvəlcədən cəzasızlığını bilərək özünə sərf edən şəkildə davranmağa davam edir. Gərginliyin artması istqamətində açıq-aydın addımlar atdığını nümayişkaranə şəkildə göstərir” -deyə məlumatda bildirilir.

Nazirliyin bildirməsinə görə, Ermənistan tərəfinin Azərbaycan hərbi qulluqçusunun meyitinin geri qaytarılmasına sonradan rədd cavabı verməsi vasitəçiləri şoka salıb:

arxiv foto
arxiv foto

“Təəssüf doğuran bir məsələ də odur ki, bu proseslərdə iştirak edən vasitəçilər də ermənilərin bu addımlarına prinsipial yanaşmırlar. Onlara qarşı sərt tədbirlər görməyə, hərəkətlərinə qiymət verməyə və münasibət bildirməyə tələsmirlər. Bu, həm də Beynəlxalq Qızıl Xaç KomitəsiATƏT kimi beynəlxalq təşkilatların imicinə zərbə vurulması, işgüzar nüfuzuna xələl gətirilməsi deməkdir”-deyə nazirliyin açıqlamasında vurğulanır.

ERMƏNİSTAN TƏRƏFİ RAZILAŞMANI POZUB?

Məlumatda qeyd edilir ki, döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin çıxarılması zamanı vasitəçilərin foto-video çəkilişlərin aparılmaması barədə xəbərdarlığına məhəl qoyulmur:

“Ermənistan tərəfi gizli şəkildə bunu həyata keçirib. Hələ bu azmış kimi, həmin videokadrlar sosial şəbəkələrə yerləşdirilərək, yayımlanıb. Yalnız, Azərbaycan tərəfinin beynəlxalq vasitəçilərə israrlı etirazından sonra videokdrların çıxarılmasına nail olunub”-deyə məlumatda bildirilir.

DÖYÜŞ MEYDANINDA HƏLƏ DƏ MEYİTLƏR VAR?

Müdafiə nazirliyi həmçinin bildirir ki, döyüş meydanından Ermənistan hərbiçilərinin meyitlərinin çıxarılması zamanı qarşı tərəfə ideal şərait yaradılıb:

“Ancaq buna baxmayaraq, qarşı tərəf döyüşdə ölən əsgər və zabitlərinin cəsədlərinin toplanmasında heç də fəallıq göstərmirlər. Bu məsləyə biganə, laqeyd yanaşır, hərbi qulluqçuların nəşinin valideynlərinə çatdırılmasında maraqlı olmadıqlarını sübut edirlər. Ehtimal ki, hələ də döyüş meydanında qalan erməni meyitləri Dağlıq Qarabağdan hərbi xidmətə çağırılmış və ya dünyanın digər qaynar nöqtələrindən könüllü adı ilə cəlb edilmiş terroçuların cəsədləridir”-deyə Azərbaycan Müdafiə nazirliyi bildirir.

Buna da bax: "Bakı Rusiya sülhməramlısına imkan verməsə... "

"Bakı Rusiya sülhməramlısına imkan verməsə... "
Gözlə

No media source currently available

0:00 0:15:41 0:00

Bundan əvvəl isə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası oxşar açıqlama yaymışdı. Açıqlamada deyilirdi ki, Ermənistan tərəfi beynəlxalq vasitəçilərin təşəbbüsünü rədd edərək Azərbaycan hərbiçisinin meyitini geri qaytarmaqdan imtina edib.

Komissiyadan açıqlama Komissiyadan deyiblər ki, aprelin 16-na keçən gecə qoşunların təmas xəttində Azərbaycan hərbi qulluqçusunun meyitinin tapılması barədə Ermənistan tərəfindən məlumat alıblar.

Məlumatın dəqiqliyinin təsdiq edilməsi məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə, qarşı tərəflə əlaqə saxlanılması üçün müraciət edilib:

“Hər iki beynəlxalq qurum qarşı tərəfdəki əlaqələndiriciləri vasitəsilə məsələni tam aydınlaşdıraraq, həqiqətən də meyitin Ermənitan tərəfinin əlində olması faktın təsdiqləyiblər".

Komissiyadan onu da qeyd ediblər ki, aparılan danışıqlardan sonra tərəflər aprelin 17-də saat 10.30-da Ağdam rayonu ərazisindəki qoşunların təmas xəttində hərbi qulluqçunun meyitinin təhvil alınması prosedurunun həyata keçirilməsinə razılaşıblar.

Buna da bax: "Cəbhədə ölənlərin çoxu kasıb ailələrdəndir"

"Cəbhədə ölənlərin çoxu kasıb ailələrdəndir"
Gözlə

No media source currently available

0:00 0:17:20 0:00

Aprelin 16-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT nümayəndələri əvvəlcədən müəyyən edilmiş məntəqəyə gəliblər. Lakin, komissiyanın bildirməsinə görə, Ermənistan tərəfi vasitəçilərlə əlaqə saxlayaraq özlərinin səhv etdiyini, meyitin Azərbaycan hərbi qulluqçusuna aid olmadığını və təhvil prosesinin keçirilməyəcəyini deyiblər:

“Beynəlxalq humanitar hüquq normalarını riyakarcasına pozan Ermənistan tərəfi növbəti dəfə nüfuzlu beynəlxalq təşkilatları da aldatdı. Döyüş meydanında həlak olmuş hərbi qulluqçuların nəşinə belə hörmətsizliklə yanaşaraq qeyri-insani münasibət göstərdiyini və çirkin niyyətlərinin alətinə çevirdiyini bir daha təsdiq etdi” deyə dövlət Komissiyasından bildirilib.

İTKİN GİZİR...

Komisiya bundan əvvəl Azərbaycanın bir hərbiçisinin-gizir Seymur Qulamhüseyn oğlu Baxışovun itkin düşdüyünü açıqlamışdı. Gizirin Ermənistan tərəfinin əlində olduğu güman edilirdi. Ermənistan tərəfi bir Azərbaycan hərbiçisinin meyitinin əlində olmasını bildirəndən sonra, onun Seymur Baxışov olacağı ehtimal edilirdi.

Bundan əvvəl tərəflər aprelin 9-u və 8-də döyüş meydanından Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT-in vasitəçiliyi ilə meyitlərin çıxarılmasına başlamışdılar. Aprelin 10-da da Ermənistan-Azərbaycan cəbhəsində baş vermiş son hərbi əməliyyatlar zamanı hər iki tərəfin nəzarətində qalmış hərbçilərin meyitləri qoşunların təmas xəttində qaytarılmışdı.

Ancaq bu presesdə neçə Azərbaycan hərbiçisinin meyitinin qaytarıldığı açıqlanmırdı. Aprelin 2-dən 5-nə kimi cəbhədə intensiv hərbi əməliyyatlar keçirilib. Hər iki tərəfdən itkilər var. Aprelin 5-i saat 12:00-dan, hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilsə də, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda günahlandırır.

Buna da bax: Qüdrət Həsənquliyev Əli Kərimlidən danışır

"ABŞ Azərbaycana iki yol təklif edir"
Gözlə

No media source currently available

0:00 0:18:24 0:00

XS
SM
MD
LG