Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:40

Lerik sakini: Sel mal-heyvanı yudu apardı


arxiv foto
arxiv foto

-

Güclü sel qarşısına nə çıxıbsa hamısını yuyub aparıb. Lerik rayonuna son on illin ən güclü yağıntısının düşdüyü bildirilir.

ANSPRES-in xəbərinə görə, 3 saata qədər davam edən intensiv yağış dağ çaylarının məcradan çıxmasına və güclü daşqınlara səbəb olub. Ani gələn sel suları əkin sahələrini məhv edib, xeyli sayda xırda və iri buynuzlu mal qaranı, ev quşlarını aparıb.

LERİK SAKİNLƏRİ: "BELƏ FƏLAKƏT HƏLƏ GÖRÜLMƏMİŞDİ"

arxiv foto
arxiv foto

Seldən ən çox rayonun yuxarı dağlıq ərazilərində yaşayan sakinlər ziyan çəkib. Leriklilər son 10 illikdə belə güclü sellə üzləşmədiklərini deyirlər:

"200 kq kartof əkmişdim. Toyuq cücə dolu idi, həyət bacada. Birdən-birə sel gəldi, hamısını yuyub apardı”, - Lerik sakini Azadə Hüseynova deyib.

Nüvədi kənd bələdiyyəsinin sədri Vüqar Hüseynov da selin fəsadlarından danışıb:

"Burada olan mal-heyvanı bütövlüklə sel yuyub apardı. Belə bir fəlakət heç görülməmişdi".

RAYON MƏRKƏZİ İLƏ ƏLAQƏ KƏSİLİB

Vizəzəmin ərazi vahidliyinə daxil olan Təbrizli kəndini rayon mərkəzi ilə birləşdirən dəmir konstruksiyalı avtomobil körpüsünü sel suları yuyub aparıb.

Nəticədə, bu istiqamətdəki kəndlərin rayon mərkəzi və Lənkəran Lerik yolu ilə əlaqəsi kəsilib.

arxiv foto
arxiv foto

Rayonun yuxarı dağ kəndlərində onlarla piyada və avtomobil körpüsü sel sularına davam gətirməyərək dağılıb. Çayın məcrasına yaxın ərazidə yerləşən istirahət obyektlərinin əksəriyyəti seldən ziyan çəkib. Körpülər dağılıb, kotecləri su aparıb. Lerik rayon FHK-dan bildiriblərki, intensiv yağışların səbəb olduğu selin yaratdığı fəısadların miqyası və sakinlərə dəyən zərər aparılan araşdırmalardan sonra bəlli olacaq.

Bunu da oxu: Putin Çeçenistan liderinə danışığına diqqət etməsini tapşırıb

XS
SM
MD
LG