Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:46

Putin Kadyrova danışığına diqqət etməsini tapşırıb


Rusiya prezidenti Vladimir Putin və Çeçenistan rəhbəri Ramzan Kadyrov

Rusiya prezidenti Vladimir Putin və Çeçenistan rəhbəri Ramzan Kadyrov

-

Rusiya prezidenti Ramzan Kadyrovun açıqlamalarından təngə gəlib?

Çeçenistan rəhbəri Ramzan Kadyrov Rusiya prezidenti Vladimir Putinin “bəzi regional liderlərin müxalifət arasında xalq düşməni ovçusuna çevrilməsi” ilə bağlı dediyi tənqidi fikirləri yumşaltmağa çalışıb.

İnsan haqlarını pozmaqda, tənqidçilərinə qarşı sərt rəftar göstərməkdə ittiham edilən Kadyrov İnstagram vasitəsilə deyib ki, o, “bəzi vaxtlar emosionaldır”, amma şəxsi zərər və qrubanları fonunda hər gün Rusiyanın düşmənləri ilə mübarizə aparır.

Ramzan Kadyrov

Ramzan Kadyrov

Silah və idman maşınlarından zövq alan 39 yaşlı Kadyrov yanvarda müxalifət lideri Mikhail Kasyanov ilə bağlı İnstagramda paylaşdığı videonu “zarafat” adlandırıb. Həmin videoda tanınmış müxalifətçi silah nişangahındadır.

Mikhail Kasyonov bunu özünə qarşı hədə sayıb və araşdırma üçün hüquq-mühafizə orqanlarına üz tutacağını deyib.

ÇEÇEN LİDERİ MÜXALİFƏTÇİLƏR ARASINDA "XALQ DÜŞMƏNİ" AXTARIR?

Ramzan Kadryrov tez-tez Rusiya müxalifət liderlərini ittiham edir və onları hədələyir. Onları “xalq düşmənləri” adlandırır və hesab edir ki, müxalifət təmsilçilərini cəzalandırmaq lazımdır:

“Mən hər gün Rusiyanın düşmənləri ilə mübarizə apara-apara diplomatik təhsil alıram. Bu mübarizə mənim əzizlərimlə, dostlarımla, yaxınlarımla münasibətləri korlanmaq bahasına başa gəlib”- deyə Ramzan Kadyrov yazıb.

Kadryov atası, Çeçenistanın keçmiş prezidenti 2004-cü ildə Qroznıda partlayış nəticəsində öləndən sonra Moskvanın xeyir-duası ilə hakimiyyətə gəlib. Ramzan yazır ki, onun özünüifadəsi bəzən emosional olur, amma bu, açıqqəlbliyindən irəli gəlir.

"BU ZARAFAT İDİ"

Mikhail Kasyanov

Mikhail Kasyanov

Mikhail Kasyanovu və digər müxalifət təmsilçisi, Kremlin tənqidçilərindən biri Vladimir Kara-Murzanı nişangahda göstərən video ilə bağlı Kadyrov yazır:

“Bu, zarafat idi. Burda hər hansı və ya kiməsə qarşı birbaşa hədə niyyəti yoxdur”.

Rusiya prezidenti Vladimir Putin aprelin 14-də deyib ki, o, Çeçenistan lideri və Rusiyanın digər regional rəhbərləri öz ərazilərində və Rusiya xalqı qarşısında öz məsuliyyət səviyyələrini dərk edəcəklərinə ümid edir:

"Ümid edirəm, onlar anlayacaqlar ki, müxalifətə qarşı açıqlamaları ölkənin stabilliyinə töhfə vermir. Əksinə, bu, stabilliyi zədələyir”

"QANI QAYNAYAN QAFQAZLI"

Vladimir Putin

Vladimir Putin

Ancaq Putin Kadyrovu tərifləməyindən də qalmayıb. O, Kadyrovun çeçen seperarçıları ilə birgə Rusiyaya qarşı döyüşdüyünü xatırladaraq deyib ki, bu adamları anlamaq lazımdır. Putin əlavə edib ki, söhbət qanı qaynayan qafqazlılardan gedir:

“Bu adamlar üçün hökumət işində, özü də yüksək siyasi postda təmsil olunmaq elə də asan deyil. Biz hamımız insanıq. Biz hamımız öz keçmişimizdən nəyisə qoruyub-saxlayırıq”.

Ramzan Kadyrov Putinə bu tənqidi fikirlərə görə təşəkkür edib və deyib ki, “Rusiyanın maraqları və böyük ölkəmizin adamları naminə” mübarizəsini davam etdirəcək.

"30 MİNLİK ŞƏXSİ ORDU"

Müxalifət lideri Mikhail Kasyanovun təmsil olunduğu Parnas Partiyası fevralda açıqladığı hesabatda Kadyrovu 30 minlik güclü “şəxsi ordu” yaratmaqda ittiham edib. Partiya bunun ölkənin milli təhlükəsizliyinə hədə olduğunu bildirib. Bu hesabat Parnasın həmsədri, keçmiş baş nazir müavini Boris Nemtsovun Kreml

Ramzan Kadyrov və Boris Nemtsov

Ramzan Kadyrov və Boris Nemtsov

yaxınlığında öldürülməsindən bir il sonra açıqlanıb.

Bəzi müxalif təmsilçiləri qətldə Kadyrovun əli olduğunu güman edirlər. Nemtsovun qətli ilə bağlı Çeçenistandan olan 5 nəfər həbs edilib və onlar qətldə ittiham olunurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG