Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:01

-

“Ermənistan tərəfi beynəlxalq vasitəçilərin təşəbbüsünü rədd edərək Azərbaycan hərbi qulluqçusunun meyitini geri qaytarmaqdan imtina edib”.

Bunu APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildiriblər. Komisiyadan deyiblər ki, aprelin 16-na keçən gecə qoşunların təmas xəttində Azərbaycan hərbi qulluqçusunun meyitinin tapılması barədə Ermənistan tərəfindən məlumat alıblar. Məlumatın dəqiqliyinin təsdiq edilməsi məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə qarşı tərəflə əlaqə saxlanılması üçün müraciət edilib.

Hər iki beynəlxalq qurum qarşı tərəfdəki əlaqələndiriciləri vasitəsilə məsələni tam aydınlaşdıraraq, həqiqətən də meyitin Ermənitan tərəfinin əlində olması faktın təsdiqləyiblər. Komissiyadan onu da qeyd ediblər ki, aparılan danışıqlardan sonra tərəflər aprelin 17-də saat 10.30-da Ağdam rayonu ərazisindəki qoşunların təmas xəttində hərbi qulluqçunun meyitinin təhvil alınması prosedurunun həyata keçirilməsinə razılaşıblar.

Bu məqsədlə, aprelin 16-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT nümayəndələri əvvəlcədən müəyyən edilmiş məntəqəyə gəliblər. Lakin Ermənistan tərəfi vasitəçilərlə əlaqə saxlayaraq özlərinin səhv etdiyini, meyitin Azərbaycan hərbi qulluqçusuna aid olmadığını və təhvil prosesinin keçirilməyəcəyini bildiriblər.

“Beynəlxalq humanitar hüquq normalarını riyakarcasına pozan Ermənistan tərəfi növbəti dəfə nüfuzlu beynəlxalq təşkilatları da aldatdı. Döyüş meydanında həlak olmuş hərbi qulluqçuların nəşinə belə hörmətsizliklə yanaşaraq qeyri-insani münasibət göstərdiyini və çirkin niyyətlərinin alətinə çevirdiyini bir daha təsdiq etdi” deyə dövlət Komissiyasından bildirilib.

Komisiya bundan əvvəl Azərbaycanın bir hərbiçisinin-gizir Seymur Qulamhüseyn oğlu Baxışovun itkin düşdüyünü açıqlamışdı. Gizirin Ermənistan tərəfinin əlində olduğu güman edilirdi. Ermənistan tərəfi bir Azərbaycan hərbiçisinin meyitinin əlində olmasını bildirəndən sonra, onun Seymur Baxışov olacağı ehtimal edilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG