Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:06

Bankların birləşməsinə aydınlıq gələcək


Mərkəzi Bank
Mərkəzi Bank

-

Mərkəzi Bankın lisenziyalarını ləğv etdiyi Qafqaz İnkişaf Bankı və Atrabank birləşmə ilə bağlı qərarı aprelin 26-də verəcək. Bunu Qafqaz İnkişaf Bankının Müşahidə Şurasının sədri Eldar İsmayılov deyib.

Birləşmə barədə qərarı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qəbul etmişdi. Məhkəmə qərarına əsasən banklardan birinin lisenziyası bərpa olunmalı idi. Ancaq Mərkəzi Bank bu qərardan apelyasiya şikayəti verib.

E.İsmayılov Trend-ə deyib ki, məhkəmənin qərarından şikayət verilməsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin iclası aprelin 26-da baş tutacaq:

“Ümid edirik ki, qərar xeyrimizə qəbul ediləcək” - deyən bank rəsmisi bildirib ki, qərar xeyirlərinə olarsa, birləşmə baş tutacaq.

Mərkəzi Bank fevralın 8-də Atrabank və Qafqaz İnkişaf Bankı-nın iflas proseduruna başlanılması tələbi ilə məhkəməyə müraciət etmişdi. Məhkəmə sözügedən bankların birləşməsi barədə qərar qəbul etmiş, Mərkəzi Banksa bu qərardan şikayət etmişdi.

Mərkəzi Bank bu il ümumilikdə 7 bankın lisenziyasını ləğv edib. Sonradan onlardan birinin “NBC Bank”ın lisenziyası bərpa edilib.

XS
SM
MD
LG