Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:58

Ekvadorda güclü zəlzələ olub


Ekvadorda zəlzələ
Ekvadorda zəlzələ

-

Ekvadorda güclü zəlzələ olub, azı 30 nəfər ölüb. 7,8 bal gücündə olan zəlzələ 40 saniyə davam edib. Sahil şəhəri olan Guayaquidə körpü uçub. Manta şəhərindəki aeroport qülləsi isə çöküb.

Paytaxt Quitodan 170 kilometr aralıda baş verən zəlzələ bütün ölkədə hiss edilib. Paytaxtda elektriklər kəsilib, telefonlar işləmir. Evlərin çoxu ziyan çəkib. Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi Ekvadorda bəzi sahil əraziləri üçün sunami ilə bağlı xəbərdarlıq edib.

XS
SM
MD
LG