Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:11

Teleaparıcı həkim nəzarəti altındadır


İlham Mirzəyev
İlham Mirzəyev

-

Dələduzluqda təqsirləndirilərək həbs olunan tanınmış teleaparıcı İlham Mirzəyevin səhhətində yenidən problemlər yaranıb.

Bu haqda ANSPRESS xəbər verir.

Teleaparıcı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Aparıcı hazırda adıçəkilən müalicə müəssisəsində həkim nəzarətində saxlanılır.

İ.Mirzəyev 2014-cü ildə dələduzluq ittihamı ilə həbs olunub. Nərimanov məhkəməsi teleaparıcını vətəndaşların pulunu mənimsəməkdə günahkar bilərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi onun cəzasını 1 il azaldıb.

Həbsindən əvvəl «Space» kanalında çalışan İ.Mirzəyev bütün ittihamları rədd edir.

XS
SM
MD
LG