Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:25

Xaçmazda ziyarətgahlara qarşı vandallıq


Pirdə yanğın. Foto: ANS
Pirdə yanğın. Foto: ANS

-

Xaçmazda ziyarətgahlara qarşı vandalizm aktının törədildiyi bildirilir. Hadisə Rusiya ilə sərhəddə yerləşən Yalama qəsəbəsində qeydə alınıb.

ANSPRESS-in xəbərinə görə, adıçəkilən ərazidə 2 ziyarətgaha naməlum şəxslər od vurub.

Xanoba pirindən sonra Yalama qəsəbəsindəki Molla Əhməd pirində də yanğın qeydə alınıb. Molla Əhməd ziyarətgahının yanğın nəticəsində bərbad hala düşdüyü bildirilir.

Bundan əvvəl yandırılan Xanoba kəndindəki Qışlaqbaba pirinın də eyni vəziyyətdə olduğu xəbər verilir. Pirlərə od vurulması yerli sakinlərin də narahatlığına səbəb olub.

Yanğını kimlərin törətdiyi bilinmir. Hadisələrlə bağlı müvafiq dövlət və hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Bir neçə gün əvvəl isə Astara rayon Şiyəkəran kənd qəbiristanlığında gecə saatlarında 20-yə yaxın başdaşının yararsız hala salındığı bildirilirdi.

XS
SM
MD
LG