Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:06

-

Yeni formalaşan Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş Seçki Dairəsi üzrə parlamentə təkrar seçkilərin keçirilməsi üçün əsas hərəkət və tədbirlərin təqvim planını təsdiq edib. Bu haqda qərar MSK-nın aprelin 16-da keçirilən iclasında qəbul olunub.

İclasda seçki hüquqlarının pozulması ilə əlaqədar hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması üçün MSK nəzdində ekspert qrupu yaradılıb. Qrup 9 nəfərdən ibarət olacaq. MSK həmçinin, təkrar seçkilərdə namizədin qeydə alınması üçün təqdim edilən imza vərəqələrində olan məlumatları yoxlamaq məqsədilə dövlət qurumlarının mütəxəssislərindən ibarət işçi qrup da yaradıb.

MSK-nın toplantısında 90 saylı Ağdaş dairəsinin seçki komissiyasının tərkibi də formalaşdırılıb.

Prezident İlham Əliyev aprelin 12-də 90 saylı Ağdaş Seçki Dairəsi üzrə parlamentə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu dairədə təkrar seçki iyunun 18-də keçiriləcək.

Ötən il noyabrın 1-də keçirilən parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş Seçki Dairəsinin nəticələrini ləğv etmişdi.

İlkin nəticələrə görə, dairədən əvvəlki deputat Çingiz Əsədullayev lider olsa da, MSK səsvermə günü ciddi pozuntulara yol verildiyi əsası ilə nəticələri ləğv etmişdi. O zaman media MSK-nın bu qərarını Ç.Əsədullayevin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla qohum olmasına bağlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG