Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:03

Bakıda ilk dəfə Nüvə Təbabəti Simpoziumu


Nüvə Təbabəti Mərkəzi
Nüvə Təbabəti Mərkəzi

-

Aprelin 16-da Bakıda Azərbaycan Nüvə Təbabəti Simpoziumu başlayıb.

AZƏRTAC-ın xəbərinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəsmiləri də tədbirə qatılıblar.

Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev xərçəng xəstəliklərinin erkən aşkarlanmasında çox böyük əhəmiyyət daşıyan Nüvə Təbabəti Mərkəzinin yaradılmasında BAEA-nın rolunu qeyd edib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun müavini Dazhu Yang Milli Onkologiya Mərkəzi nəzdində Nüvə Təbabəti Mərkəzinin təsis edilməsini müsbət addım sayıb.

Simpozium işini sessiyalarda davam etdirib.

1940-cı ildə Bakıda Azərbaycan Respublikası Elmi-Tədqiqat Rentgen-Radiologiya İnstitutu (ETRRİ) təşkil edilib. 1988-ci ilin fevral ayında İnstitut Respublika Onkoloji Elmi Mərkəz (ROEM) adını alıb.

1990-cı ilin mart ayından Cəmil Əliyev Mərkəzə direktor təyin edilib. 1995-ci ilin oktyabr ayında ROEM Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi adını alıb.

XS
SM
MD
LG