Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:56

Azərbaycan hərbçisinin meyiti tapılıb


Azərbaycan ordusu
Azərbaycan ordusu

-

Ermənistan tərəfinin Azərbaycan hərbi qulluqçusunun meyitinin tapılması ilə bağlı verdiyi xəbər təsdiqini tapıb.

Bu barədə AZƏRTAC Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

«Hazırda onun təhvil alınması ilə bağlı müvafiq qurumlarla hazırlıq və əlaqələndirmə işləri aparılır», - deyə məlumatda bildirilib.

Ermənistan KİV-ləri aprelin 16-na keçən gecə qoşunların təmas xəttində Azərbaycan hərbçisinin meyitinin tapılması barədə məlumat yayıb. Onun adı və ya hərbi rütbəsi barədə heç bir açıqlama verilməyib. Bir müddət əvvəl Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası kiçik gizir Seymur Baxışovun taleyi barədə məlumat əldə etməyin mümkün olmadığını bildirmişdi. Lakin tapılan meyitin kimə məxsusluğu, hələlik, bilinmir.

Aprelin 2-dən başlayaraq cəbhə xəttində hərbi əməliyyatlar başlayıb. Hər iki tərəf ciddi itkilər verib. Bir həftə öncə Müdafiə Nazirliyi döyüşlərdə Azərbaycan tərəfinin 31 hərbiçi itirdiyini bildirmişdi. Sonrakı günlərdə bəzi KİV və müxalifət partiyaları 90-dan çox itkinin olması barədə açıqlama versələr də, rəsmi qurumlar belə iddiaları nə təsdiq, nə də təkzib ediblər.

Aprelin 5-i saat 12:00-dan etibarən tərəflər hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə ediblər.

XS
SM
MD
LG