Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:58

Naxçıvanda da polisə işləmək istəyənlərə yaşıl işıq


Sıra baxışı.

Sıra baxışı.

-

Naxçıvan Məclisinin sədri Vasif Talıbov «İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası»nın təsdiq edilməsi barədə fərman verib.

APA-nın xəbərinə görə, fərmana əsasən, Naxçıvan Daxili İşlər Nazirliyinə (DİN) vətəndaşları ictimai asayişin qorunmasına cəlb etmək üçün zəruri tədbirlər görmək tapşırılıb.

Qayda vətəndaşların ictimai asayişin qorunmasında iştirakını, onların könüllülük əsasında polis orqanları tərəfindən ictimai asayişin təminatına cəlb olunmasını müəyyən edir.

Sənəddə daxili işlər orqanlarına xidmətə qəbul zamanı ictimai asayişin qorunmasında 2 il ərzində polis orqanları ilə əməkdaşlıq etmiş şəxslərə üstünlük verilir. DİN polis orqanları ilə əməkdaşlıq edən şəxsləri həvəsləndirmə qaydasında mükafatlandıra bilər.

Prezident İlham Əliyev martın 3-də ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə fərman imzalamışdı. Həmin fərmana görə, polis orqanları ilə əməkdaşlıq edən şəxslərə DİN-in mülki işçiləri üçün müəyyən olunmuş təminatlar şamil ediləcək.

Daxili İşlər naziri R.Usubov artıq bu fərmandan irəli gələrək aprelin 15-i və martın 16-da polisə işləmək istəyənlərin sıra baxışını keçirib.

Nazir aprelin 15-i Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan sakinləri arasında seçim etmişdi. Sıra baxışında sözügedən rayonlardan gələn 125 nəfər iştirak edib. Ramil Usubov onlardan 20-ni polis və Daxili Qoşunlarda xidmətə, 78 nəfəri isə mülki işçi vəzifələrinə namizəd kimi seçmişdi. Seçilənlərin sənədlərinin hazırlanması üçün müvafiq qurumların rəhbərlərinə göstərişlər verilmişdi. Nazir bundan əvvəl martın 16-da da polisə işləmək istəyənlərdən 226 mülki şəxsi namizəd kimi seçmişdi.

Nazir gələnlərdən 112-ni isə polis və Daxili Qoşunlarda xidmətə namizəd kimi götürmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG