Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:33

-
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 118 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərindən Qazax rayonunun Qızılhacılı kəndi, Noyemberyan rayonunun Voskevan kəndindən isə Quşçu Ayrım kəndi atəşə tutulub.

Habelə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli, Koxanəbi kəndlərinin vurulduğu deyilir.

Bundan başqa bildirilir ki, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki mövqeləri atəşə tutulub.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Yusifcanlı, Qaraqaşlı, Mərzili və Nəmirli kəndləri də atəş altında qalıb.

Məlumatda həmçinin qeyd edilir ki, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonunun da bir sıra məntəqələri vurulub.

Müdafiə nazirliyinin bildirməsinə görə, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfə cavab zərbələri endirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG