Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:40

Bakıda NATO-Azərbaycan müzakirələri


İlham Əliyev Brüsseldə NATO-nun tədbirində (Arxiv)

İlham Əliyev Brüsseldə NATO-nun tədbirində (Arxiv)

-

NATO-Azərbaycan tərəfdaşlığı, münasibətlərdə cari vəziyyət və perspektivlər mövzusu aprelin 15-də Bakıda keçirilən dəyirmi masada müzakirə mövzusu olub.

APA-nın xəbərinə görə, dəyirmi masada NATO ölkələrindən olan səfirlər, hərbi attaşelər və qurumun Cənubi Qafqazdakı əlaqələndirici ofisindən olan nümayəndələr iştirak ediblər.

Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu Cənubi Qafqaz regionunun NATO üçün strateji əhəmiyyət daşıdığını qeyd edib.

“Bakı NATO-nun vacib və yüksək qiymətləndirdiyi tərəfdaşıdır” - deyən səfir aprelin 11-dən 13-ə kimi Naxçıvanda olduğunu bildirib.

Səfir vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətlidir və eyni zamanda yük nəqliyyatı üçün geniş imkanlar açır.

“Rumıniya səfirliyi müxtəlif ictimai diplomatiya tədbirlərini təşkil etməklə, NATO-Azərbaycan tərəfdaşlığını davam etdirəcək” - səfir deyib.

NATO-nun Cənubi Qafqazdakı əlaqələndirici zabiti Uilyam Layhu isə Müdafiə Nazirliyində regiondakı təhlükəsizlik məsələləri ilə bağlı keçirdiyi görüşdən danışıb.

Dəyirmi masada iştirakçıların NATO-Azərbaycan əməkdaşlığı ilə bağlı təcrübələrini bölüşdüyü, əlaqələrin gələcək perspektivlərini müzakirə etdikləri bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG