Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:13

-

Yanvar-mart aylarında Azərbaycan da 622 milyon manat dəyərində neft məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 3.5 faiz azdır.

Report-un xəbərinə görə, yanvar-mart aylarında 281 min ton avtomobil benzini, 42 min ton neft-kimya sənayesində istifadə üçün benzin istehsal olunub. Bundan başqa, 572 min ton dizel yanacağı, min ton sürtgü yağları, 22 min ton neft bitumu, 21 min ton isə neft koksu istehsal edildiyi bildirilir.

Bu ilin ilk rübündə avtomobil benzininin istehsalı əvvəlki ilin analoji dövründən 6,4, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı isə 10 faiz azalıb. Habelə, dizel yanacağı istehsalının 28, sürtgü yağlarının istehsalının isə 64 faiz azaldığı qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG