Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:32

-

Vətəndaş cəmiyyəti fəallarının təmsil olunduğu Toplum Platforması (STP) QHT-lərin fəaliyyətinə əngəllər, məhkəmə qərarlarının icrası və cəbhə bölgəsində atəşkəsin pozulmasını müzakirə edib.

Platforma üzvləri cəbhədə həlak olan hərbiçilərlə bağlı məsələləri dövlətin və cəmiyyətin diqqətdə saxlamasını təklif ediblər. qeyd edilib ki, Türkiyədə olduğu kimi “Şəhidlik haqqında” qanun qəbul edilməlidir.Onların ailələrinə yüksək imtiyazlar və hər kəs üçün bərabər sosial güzəştlər tanınmalıdır. Platforma bu məsələ ilə bağlı qanun layihəsi hazırlayaraq Milli Məclisin müzakirəsinə təqdim etməyi qərara alıb.

Platforma üzvləri son günlər AXCP sədri Əli Kərimliyə qarşı aparılan kampaniyanı pisləyiblər. Mətbuatda ona qarşı yönələn təhdidlərin qabuledilməz olduğu deyilib. Belə kampaniya və çağırışların mənfi tendensiya yaradacağı barədə xəbərdarlıq edilib.

STP bu ilin əvvəlində ölkənin vətəndaş cəmiyyətinin 30-a yaxın fəalının iştirakı ilə yaradılıb. Məqsəd demokratik ideyaların irəliləməsində, ölkənin problemlərinin həllinə dair təkliflərin irəli sürülməsində səylərin birləşdirilməsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG