Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:03

-

“Azərbaycana səfərimin məqsədi iki ölkə arasında əlaqələrin gücləndirilməsinə töhfə vermək, həmçinin, iki ölkənin özəl sektorlarında fəaliyyət göstərən şəxslərinin əlaqələrinin inkişafına yardım etməkdir”.

Bu sözləri ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin müavini Kurt Tonq Bakıda jurnalistlərə deyib.

Enerji qiymətlərinin düşməsindən sonra...

APA-nın xəbərinə görə, K.Tonq Azərbaycana budəfəki səfərinin dünyada enerji qiymətlərinin düşməsindən sonra iqtisadiyyatın durumunu, hökumət və rəsmilərin iş üslublarını öyrənmək məqsədi daşıdığını deyib.

“Birləşmiş Ştatların Azərbaycana nə kimi kömək edə biləcəyini öyrənmək istərdim. İki günlük səfərim zamanı görüşlərdə maliyyə sektoru, kənd təsərrüfatı ticarətinin inkişafı, korrupsiyaya qarşı mübarizə sahəsində müzakirələr apardıq. Bu məsələlərin çözülməsi Azərbaycan iqtisadiyyatının daha da inkişaf etməsinə kömək edə bilər. Səfərimin digər məqsədi o idi ki, Azərbaycanın daxili infrastrukturunun necə inkişaf etdiyini, qonşuları ilə nə kimi əlaqə qurduğunu tədqiq edim” - deyən ABŞ hökuməti yetkilsi Ələt limanı ilə tanış olduğunu, belə layihələrinbölgədəki əlaqələri inkişaf etdirmək baxımından çox vacib olduğunu vurğulayıb.

Azərbaycanın ÜTT-yə üzvlüyü

K.Tonq daha sonra deyib:

“Başa düşürük ki, infrastruktur önəmlidir. Lakin digər proqramlar - məsələn, yüksək texnologiyaların tətbiqi də eyni əhəmiyyətə malikdir. Düşünürəm ki, ABŞ kompaniya və şirkətləri Azərbaycanla birgə işləyərək bu sahənin inkişafına önəm verir və bu istiqamətdə işləməyə maraqlıdır”

K.Tonq Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyünün vacibliyinə də diqqət çəkib:

“Azərbaycanın ÜTT-yə daxil olması yaxşı fikirdir. Azərbaycan bu üzvlüklə böyük iqtisadi imkanlara malik ola bilər” - deyən K.Tonqun sözlərinə görə, Azərbaycan bununla investisiya, biznes sahəsində də müəyyən imkanlar qazana bilər.

ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin müavini Kurt Tonq aprelin 14-də Bakıya ikigünlük səfərə gəlib. Onun proqramına yüksək səviyyəli rəsmilərlə müzakirələr daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG