Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:09

Tikinti 2 dəfədən çox azalıb


-

Azərbaycanda mənzil tikintisində ciddi azalma müşahidə olunur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, mart ayında 65,2 min kvadrat metr mənzil istifadəyə verilib. Bu göstərici ötən ilin martında 151 min 663, bu ilin yanvarında 133,7 min, fevralında isə 135,8 min kvadrat metr olub. Tikintidəki azalma azı 2,5 dəfəyə bərabərdir.

Məlumatda həmçinin birinci rübdə sifarişlərə təqdim olunan mənzillərin azaldığı qeyd olunur. 3 ayda tikinti şirkətləri sifarişçilərə 334 min kvadrat metr mənzil veriblər. Bu, ötən ilin eyni dövründəkindən 20 faizə qədər azdır.

2015-ci ildə 1 milyon 927 min kvadrat metr mənzil istismara verilmişdi. Ekspertlərin fikrincə, mənzil tikintisindəki azalma neftin ucuzlaşması, tikinti şirkətlərinin çoxunun məmur-oliqarxlara bağlı olması və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqədardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG