Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:37

-

Prezident İlham Əliyev aprelin 15-də Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xəbəri Prezident. az saytı yayıb.

Salber ötən səfərindən keçən az müddət sonra yenidən Azərbaycana gəlməsinin aprelin əvvəlində Dağlıq Qarabağda baş vermiş hadisələrin daha yaxından öyrənilməsi ilə bağlı olduğunu bildirib. O, Avropa Birliyi rəhbərliyinin tapşırığı ilə gəldiyini deyib.

Görüş zamanı Ermənistan ordusunun qoşunların təmas xəttində vaxtaşırı silahlı təxribatlar törətməsinin müşahidə edildiyi qeyd olunub. Bunun məqsədinin münaqişə ilə bağlı mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyi olduğu vurğulanıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər, Azərbaycan ilə Avropa Birliyi arasında əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Salberi müdafiə naziri Zakir Həsənov da qəbul edib.

Müdafiə naziri Herbert Salberi qəbul edib

“Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Ermənistan hakimiyyəti isə uzun illərdir beynəlxalq ictimaiyyətin haqlı tələbinə məhəl qoymur və mövcud "status-kvo"nu saxlamaqda davam edir”. Bu sözləri müdafiə naziri Zakir Həsənov Herbert Salberlə görüşündə deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG