Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:14

►Oponentləri onu "ömürlük" sədr də adlandırırlar...

Məzahir Pənahov yenidən Mərkəzi Seçki Komissiyasının sədri seçilib. Bu qərar MSK-nın yeni tərkibinin aprelin 15-də keçirilən ilk toplantısında qəbul edilib.

APA-nın xəbərinə görə, toplantıda sədr, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılıb. Parlamentin vitse-spikeri Ziyafət Əsgərov və aparat rəhbəri Səfa Mirzəyevin də qatıldığı toplantıda Natiq Məmmədov sədrin müavini, Mikayıl Rəhimov və Arifə Muxtarova isə MSK-nın katibi seçiliblər.

Parlament bu gün MSK-nın yeni heyətini təsdiqləmişdi.

18 nəfərdən ibarət yeni heyətdə cəmi 2 nəfər başqası ilə əvəz edilib. MSK-nın 2010-cu ildə formalaşan tərkibindən Tamam Cəfərova və Akif Qurbanov yeni heyətə daxil edilməyib.

___________________________________________________________

Bunlara da bax:
Xaricdə təhsil proqramı dayandırıldı
Nazir polisə işləmək istəyənlərdən 78-ni seçdi

___________________________________________________________

Yeni üzvlər Yeni Azərbaycan Partiyasından Hüseyn Paşayev, Sosial Rifah Partiyasından İlkin Şahbazovdur.

Məzahir Pənahov 1951-ci ildə doğulub. Fizika-riyaziyyat elmləri doktoru, professordur. 2000-ci ildən MSK-nın sədri seçilib.

Onun sədrliyi dövründə 4 parlament, 3 prezident seçkisi keçirilib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosunun hesabatına görə, sonuncu parlament seçkiləri istisna olunmaqla bu seçkilərdən heç biri beynəlxalq standartlara cavab verməyib.

Büro , son parlament seçkilərinin müşahidəsindən isə azad və ədalətli seçkilərin keçirilməsinə gərəkli şəraitin olmaması əsası ilə imtina edib. Bu imtinaya xüsusilə, Azərbaycan hökumətinin qurumun müşahidə missiyasının sayına limit qoymaq istəyi səbəb olmuşdu.

Məzahir Pənahov prezidentin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

Oponentləri onu "ömürlük" sədr də adlandırırlar...

Bunlara da bax: "Sovetski"dəki məktəbdə seçki "karusel"i

Üzü kömür tozuna bulaşmış uşaqlar

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG