Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:42

-

“Biz Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da daxil olmaqla, ATƏT institutları ilə dialoq, qarşılıqlı hörmət və ümumi maraqlar əsasında əməkdaşlığı davam etdirməyə hazırıq”.

Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin qurumun Daimi Şurasının 1096 saylı iclasına ünvanlanan müraciətində belə deyilir.

APA-nın xəbərinə görə, bəyanatda DTİHB-in ATƏT-in əsas orqanlarından biri olaraq öhdəliklərin həyata keçirilməsi ilə bağlı məsuliyyət daşıdığı vurğulanır.

“DTİHB mandatından irəli gələrək qərəzsizlik və peşəkarlıq prinsiplərinə hörmət etməlidir. Biz DTİHB-in Azərbaycan hökuməti ilə əsasən tolerantlıq və ayrı-seçkiliklə bağlı konstruktiv əməkdaşlıq istəklərini alqışlayırıq. Azərbaycan bu ilin sentyabrında DTİHB-nin fəaliyyətdə olan sədrliklə birgə keçirməyi planlaşdırdığı tolerantlıq və dinlərlərarası dialoqla bağlı birgə tədbirinə ev sahibliyi etməyə hazırlaşır. Bu mənada DTİHB-ni dəstəkləməyə hazırdır” - deyə bəyanatda bildirilir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu 2013-cü ildə keçirilən prezident seçkilərindən sonra hökumətin sərt tənqidlərinə məruz qalmışdı. Büro həmin seçkilərin demokratik olmadığını, ATƏT ölçülərinə uyğun keçirilmədiyini bəyan etmişdi.

Büro həmçinin, son parlament seçkilərinin müşahidəsindən azad və ədalətli seçkilərin keçirilməsinə gərəkli şəraitin olmaması əsası ilə imtina etmişdi. Bu imtinaya xüsusilə, Azərbaycan hökumətinin qurumun müşahidə missiyasının sayına limit qoymaq istəyi səbəb olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG