Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:20

-

2015-ci ilin əvvəlindən bu günədək Təhsil Nazirliyi 7 təhsil şöbəsi, 5 məktəbdənkənar müəssisə, 74 orta məktəb və 1 peşə məktəbində yoxlama aparılıb. Yoxlamalar nəticəsində büdcə məsələləri, əsasən də əmək haqqının düzgün hesablanmaması ilə bağlı çoxsaylı pozuntular aşkarlanıb.
Bu haqda Təhsil Nazirliyinin audit şöbəsinin müdir əvəzi Elnur Hacıyev məlumat verib.

APA-nın xəbərinə görə, nazirlik nümayəndəsi bildirib ki, müəyyən edilən nöqsanlar səbəbindən 3 təhsil şöbəsi müdiri, 3 məktəbdənkənar müəssisəsə və 32 orta məktəb direktoru işdən azad olunub. 38 orta məktəb direktoru barəsində intizam tədbiri görülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG