Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:41

-

Şagirdlərin 1 ayda 7 gün dərs buraxmasına görə valideynlər üçün tətbiq edilən cərimə cəzası ləğv olunub. Ölkə parlamenti aprelin 15-də İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişiklikləri qəbul ediblər.

Trend-in xəbərinə görə, şagirdin bir ay ərzində 7 gündən çox dərs buraxmasına görə valideynlərin yüz manat cərimə edilməsini nəzərə tutan müddəa məcəllədən çıxarılıb.

İnzibati Xətalar Məcəlləsinə şagirdlərin dərs buraxması ilə bağlı valideynlərindən cərimə tutulması haqda dəyişiklik ötən ilin dekabrında millət vəkillərinin böyük (1 nəfər əleyhinə, 1 nəfər bitərəf olmuşdu) səs çoxluğu ilə qəbul olunmuşdu.

Aprelin 15-də isə parlament eyni səs çoxluğu ilə həmin dəyişikliyi ləğv edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG