Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:31

İstanbul sammiti bitdi


İstanbul sammiti
İstanbul sammiti

-

İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammiti başa çatıb. Sammitin sonunda Fələstinlə bağlı qətnamə, təşkilatın 2016-2025-ci illər üçün fəaliyyət proqramı, Yekun Kommünike və İstanbul Bəyannaməsi qəbul edilib. Qapanış mərasimində Türkiyə prezidenti Recep Tayyip Erdoğan çıxış edib.

APA-nın xəbərinə görə, Erdoğan bildirib ki, Şərqdən Qərbə, Cənubdan Şimala bütün islam aləmində çətinliklərin aşılması üçün vacib olan birlik, bərabərlik və həmrəylikdir.

«Önümüzdəki müddətdə bu anlayış və inamla çalışmalarımızı davam etdirəcəyik. Qarşıdakı 10 il üçün Fəaliyyət proqramı və Bəyannamənin qəbul edilməsi vacibdir. Biz işimizi daha səmərəli etməliyik. Yekun Bəyannamədə əsas siyasi proseslər, iqtisadi, sosial mövzularda ortaq mövqe nümayiş etdirdik. Eyni zamanda, təşkilat üzvü olmayan ölkələrdəki müsəlman toplumlarla bağlı mövqeyimizi ortaya qoyduq», - deyə Erdoğan əlavə edib.

Aprelin 14-15-də keçirilən sammitdə prezident İlham Əliyev xanımı ilə birgə iştirak edib. Sammit bitdikdən sonra onlar Azərbaycana qayıdıblar.

XS
SM
MD
LG