Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:16

Rəsmi 32 min işsiz var


Foto illüstrasiya
Foto illüstrasiya

-

Aprel 1-dək Azərbaycanda cəmi 32 min nəfər işsiz məşğulluq qurumlarında rəsmi qeydiyyata alınıb. Onların 37 faizi qadınlardır.

Bu haqda Dövlət Statistika Komitəsinin saytı xəbər verir. Komitənin məlumatına görə, işsizliyə görə müavinətin orta məbləği 251 manat təşkil edir.

Statistika qurumunun son rəqəmlərinə görə, ölkədə iqtisadi fəal əhalinin sayı 4 milyon 929 min nəfərdir. Onlardan 4 milyon 685 min nəfərdən çoxunun əmək fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Muzdla işləyənlərin sayı 1 milyon 494 min nəfərdir. Muzdla çalışanların 21 faizi məhsul istehsalı ilə məşğul olanlardır. Tikintidə, emal sənayesində 6, kənd təsərrüfatında 3, meşə təsərrüfatı, balıqçılıq və mədən çıxarma sənayesində 2 faiz çalışır.

Dövlət sektorunda 883 min, qeyri-dövlət sektorundasa isə 611 min nəfər işləyir. Neft sektorunda çalışanların sayı 34 min, qeyri-neft sektorunda çalışanlarsa 1 milyon 460 min nəfər təşkil edir.

Müstəqil ekspertlər isə DSK bu məlumatına ciddi şübhə bəsləyirlər. Onlar deyirlər ki, son illərdə Azərbaycanda bir çox müəssisələr tamamilə, bir çoxları isə qismən fəaliyyətini dayandırıb. Ancaq neçə ildir, komitə rəsmi işsizlərin sayı ilə bağlı 30 min rəqəminin üzərində durur. Müstəqil iqtisadçılar hesab edirlər ki, Azərbaycanda işsiz kimi qeydiyyata düşmək iş tapmaqdan daha çətindir.

XS
SM
MD
LG