Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:22

-

Bu il martın 1-də Azərbaycan əhalisinin sayı 9 milyon 723 min 500 nəfərə çatıb. Bu, ilin əvvəlindən əhalinin sayının 17.9 min nəfər və ya 0.2 faiz artması anlamına gəlir.

Dövlət Statistika Komitəsindən «Trend»ə verilən məlumata görə, əhalinin orta sıxlığı bir kvadratkilometrə 112 nəfərdir.

Ölkə əhalisinin 53.1 faizi şəhər, 46.9 faizi isə kənd sakinləridir.

Əhalinin 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1007 qadın düşür.

Günün bütün mövzuları

XS
SM
MD
LG