Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:26

Parlament MSK-nın yeni tərkibini təsdiq etdi


MSK sədri Məzahir Pənahov.
MSK sədri Məzahir Pənahov.

-
Aprelin 15-də Milli Məclisin iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri və əvəzedici üzvləri təsdiq edilib.

AZƏRTAC-ın xəbərinə görə, Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, qanunvericiliyə uyğun olaraq parlamentə seçkilərdən sonra Mərkəzi Seçki Komissiyasının tərkibi yenidən formalaşdırılmalıdır.

Sonra səsvermə yolu ilə MSK üzvləri və əvəzedici üzvlər təsdiqlənib.
Hələ bir neçə gün əvvəl partiyalar MSK üzvləri ilə bağlı namizədlərini parlamentə təqdim etmişdilər

Siyahıya Məzahir Pənahov, Natiq Məmmədov, Arifə Muxtarova, Mikayıl Rəhimov, Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, İlham Məmmədov, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Etibar Quliyev, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Hüseyn Paşayev və İlkin Şahbazovun adları daxil idi.

Ali seçki qurumunun 2010-cu ildə formalaşdırılan tərkibindən Tamam Cəfərova və Akif Qurbanov yeni tərkibdə yoxdur. Onların əvəzinə MSK-ya YAP-dan H.Paşayev, Sosial Rifah Partiyasından İ.Şahbazov daxil edilib.

Mövcud qanunvericiliyə görə, MSK-nın 18 üzvü olur. Onun 6-sı parlamentdəki hakim çoxluğun, 6-sı bitərəflərin, 6-sı isə parlamentdə azlıqda qalan partiyaların payına düşür.

Ötən ilki parlament seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) böyük üstünlük eldə edib. Təqribən deputatlardan 70-i bu partiyanın payına düşür.

MSK-nın keçmiş üzvlərindən son parlament seçkilərində protokolları imzalamaqdan imtina edən Akif Qurbanov Ümid Partiyasını təmsil edirdi. Bu dəfə Ümid Partiyasından heç kim parlamentə düşmədiyindən, A.Qurbanov yeni tərkibdən kənarda qaldı.

A.Qurbanov MSK-da demokratik düşərgənin sonuncu nümayəndəsi sayılırdı.

XS
SM
MD
LG