Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:52

Panamadakı “Mossack Fonseca” şirkətinin ofislərində aparılan yoxlamalardan sonra Avropa ölkələri vergidən yayınma hallarına qarşı birgə mübarizə aparmaq qərarına gəliblər.

Böyük Britaniya, Almaniya,Fransa, İtaliya və İspaniya ofşor şirkət, hesab və fondları olanlar barədə informasiya mübadiləsi etmək razılığına gəliblər.

Avropa rəsmiləri hesab edir ki, bu vergidən yayınmaq istəyənlərin vəziyyətini çətinləşdirəcək:

“ Bu gün biz vergidən yayınmaq və varını qaranlıq maliyyə künclərində gizlətmək istəyənlərə daha bir sarsıdıcı zərbə endiririk. Britaniya ofşor şirkətlər vasitəsilə vergi ödəməmək, pul yumaq və korrupsiya yolu ilə qazanc əldə etmək istəyən əsil sahibkarları aşkar etmək üçün avropalı tərəfdaşları ilə əməkdaşlıq edəcək”, Böyük Britaniyanın xəzinədarlıq kansler Corc Osborn deyir.

Qeyd edək ki, Avropa Birliyi “Mossack Fonseca” şirkəti ətrafındakı qalmaqaldan sonra Panamanı sanksiyalarla hədələyib.

“Pana sənədləri adlı” hesabatda 12 dünya lideri və yüzlərlə tanınmış şəxsin adları hallanır.

Söhbət ofşor şirkətlər yolu ilə vergidən yayınma və pulyuma əməliyyatlarından gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG