Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:56

-

Azərbaycanda çəkisi 12 tondan artıq və Rusiyada qeydiyyatda olan nəqliyyat vasitələrinin magistral yollara vurduğu ziyana görə pul ödəmələri təklif edilir.

«Report» bu xəbəri Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyat Xidmətinə (DANX) istinadən yayıb. «Biz Rusiya tərəfinin bununla bağlı analoji qərarı barədə məlumat alan kimi, bir neçə ay ərzində öz təkliflərimizi hazırladıq. Bizim təkliflərimizdə Azərbaycanda da müvafiq qanun layihəsinin hazırlanması öz əksini tapıb», - deyə xidmət bildirir.

Qurum artıq həmin təkliflərdən ibarət sənədi Nəqliyyat Nazirliyinə təqdim edib. Nazirlik də baxılması üçün təklifləri Nazirlər Kabinetinə göndərib.

Aprelin 15-dən Rusiyada harada qeydiyyatdan keçməsindən asılı olmayaraq, çəkisi 12 tondan artıq nəqliyyat vasitələri federal əhəmiyyətli yollara ziyana görə ödəniş etməli olacaqlar.

Azərbaycan da analoji qaydanı Rusiya nəqliyyatına tətbiq etmək istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG