Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:17

Biden Hroysman-ı təbrik edib


Volodymyr Hroysman və Joe Biden
Volodymyr Hroysman və Joe Biden

-

ABŞ-ın vitse-prezidenti Joe Biden Ukraynanın yeni seçilmiş baş naziri Volodymyr Hroysman-ı təbrik edib. Ağ evin məlumatına görə, Biden Hroysman-a telefon zəngi edib.

Biden vurğulayıb ki, Ukraynaya beynəlxalq dəstəyin saxlanması məqsədilə yeni komanda islahatlar proqramı üzrə sürətli iş aparmalı, Beynəlxalq Valyuta Fondunun öhdəliklərini yerinə yetirməli, Minsk sazişini icra etməlidir. Biden ABŞ-ın Ukraynanın ərazi bütövlüyünə, çiçəklənməsinə sadiqliyini bir daha təsdiqləyib.

Aprelin 14-də Ukrayna parlamenti yeni hökuməti və baş naziri təsdiqləyib.

XS
SM
MD
LG