Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:57

Atəşkəs 110 dəfə pozulub


Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 110 dəfə pozub.

Bu zaman, 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan istifadə edildiyi bildirilir.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndləri atəşə tutulub.

Habelə, Berd rayonunun Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Əlibəyli kəndlərinin vurulduğu deyilir.

Bundan başqa, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərinin də atəşə tutulduğu qeyd edilir.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Nəmirli, Yusifcanlı və Mərzili kəndləri də vurulub.

Üstəlik, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonunun bəzi məntəqələrinin də atəş altında qaldığı deyilir.

Nazirliyin bildirməsinə görə, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfə cavab verib.

XS
SM
MD
LG