Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:33

-

ABŞ-ın Müdafiə naziri Ash Carter deyir ki, aprelin 15-də mübahisəli Cənubi Çin Dənizində Birləşmiş Ştatların "John C. Stennis” təyyarədaşıyan gəmisinə baş çəkəcək. Bu addımın Çini qəzəbləndirəcəyi gözlənilir.

Bir gün öncə isə Carter Filippinə yeni hərbi yardım ayrıldığını bildirib. Bu da Pekinin etirazına səbəb olub.

Pekin Cənubi Çin Dənizinin böyük hissəsinin ona məxsus olduğunu bildirir və orada adalar salır. Carter Manilada ABŞ-Filippin birgə hərbi təlimlərinin bağlanış mərasimində danışıb.

Cənub Çin dənizində böyük neft və qaz yataqlarının olduğu güman edilir. Filippin, Tayvan, Vyetnam, Bruney, Malayziya bu dənizdə payları olduğunu bildirir. Hər il dənizlə 5 milyard dollarlıq mal daşınır.

Günün bütün mövzuları

XS
SM
MD
LG