Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:47

Xərçəng xəstəliyi ilə mübarizədən danışdılar


-

Aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti çərçivəsində “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” mövzusunda sessiya keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyevin xanımı Mehriban Əliyeva da sessiyada iştirak edib. Sessiya müqəddəs “Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb.

Sessiyanı açan Türkiyənin birinci xanımı Əminə Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən XIII Sammitinin əhəmiyyətini vurğulayıb. Əminə Ərdoğan müsəlman cəmiyyətlərini maraqlandıran ortaq problemlərin mövcudluğunu bildirib.

Türkiyənin birinci xanımı İslamın terrorla eyniləşdirilməsindən təəssüfləndiyini bildirərək, islamofobiyanın müsəlmanlara qarşı yönəlmiş təhlükəli addım olduğunu diqqətə çatdırıb.

“İslam aləminin və insanlığın rifahı bizim səylərimizdən asılıdır”, - deyən Əminə Ərdoğan qeyd edib ki, İslam dünyası malik olduğu potensialın fərqinə varmalı, müsəlmanlar öz dəyərlərini qorumaq üçün birləşməlidirlər.

Türkiyənin birinci xanımı “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” mövzusunda sessiyanın keçirilməsinin əhəmiyyətindən danışıb. Bu xəstəliklə mübarizənin bütün dünya üçün önəmli məsələ olduğunu bildirib. Xərçəng xəstəliyinin qarşısının alınması və müalicəsinin mümkünlüyünü deyən Əminə Ərdoğan bu sahədə həyata keçiriləcək ilk tədbir kimi məlumat bankının yaradılması təşəbbüsünü irəli sürüb.

Sessiyada Mehriban Əliyevə də çıxış edib. O, xərçəng xəstəliyinə qarşı birlikdə mübarizənin vacibliyini önə sürüb:

“Yer kürəsində hər il 500 min insan bu xəstəliklə üzləşir. Çox hallarda diaqnoz xəstəliyin yalnız son mərhələlərində qoyulur və insanların həyatını xilas etmək olmur. Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, yaxın 20 ildə bu xəstəlikdən əziyyət çəkən insanların sayının 50 faizdən çox artacağı gözlənilir. Məhz buna görə onkoloji xəstəliklər bütün bəşəriyyət üçün ən aktual problemlərdən biri olaraq qalır”-deyə o qeyd edib.

Sessiyada İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının xanımlarının “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” Bəyannaməsi imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG