Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:03

İlham Əliyev Cefri Beltmanla görüşüb


-

Prezidenti İlham Əliyev aprelin 14-də İstanbulda BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Beltman ilə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycanın BMT və onun qurumları ilə sıx əməkdaşlıq etdiyi bildirilib. Azərbaycanın BMT ilə birgə bu il Bakıda təşkil edəcəyi Sivilizasiyalar Alyansının VII Qlobal Forumu bu əməkdaşlığın yaxşı göstəricisi kimi səciyyələndirilib.

Söhbət zamanı BMT-nin Baş katibi Pan Gi Munun VII Qlobal Forumda iştirakının mühüm əhəmiyyət daşıyacağı, bunun Azərbaycan və region üçün önəmli hadisə olacağı qeyd edilib. BMT Baş katibinin Azərbaycana səfərinin sülh, sabitlik, təhlükəsizlik məsələləri ilə bağlı dünyaya mühüm mesaj olacağı da vurğulanıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Pan Gi Munun Bakıda bu münaqişənin həlli, habelə Ermənistanın əməllərinin qarşısının alınması ilə bağlı verəcəyi mesajın mühüm əhəmiyyət kəsb edəcəyi diqqətə çatdırılıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 13-də Türkiyəyə gedib. Həmin gün O, Türkiyə prezidenti Recep Tayyip Erdogan-la da görüşüb.

Aprelin 14-də, isə O, Türkiyənin baş naziri A. Davutoglu və İran prezidenti Hassan Rouhani ilə görüşüb.

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG