Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:44

►“Heç belə də şey olar?... Nikah bölmələrində ağsaqqallardan, ağbirçəklərdən ibarət ictimai qurumlar olmalıdır”

“Boşanmalara əsas səbəblərdən biri sosial şəbəkələr, tanışlıq çatlarıdır.Bir çox gənclərdən soruşursan ki, evlənməzdən öncə bir-birinizi haradan tanıdınız? Deyirlər ki, Facebook- da tanış olduq. Belə də şey olar? Belə evlilik necə olur ki?.. Bu düzgün deyil”.

Bu sözləri boşanmaların statistikasındakı artımı şərh edən deputat, parlamenti ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

Komitə sədri Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan gənci ailə xeyir-duası, ağsaqqal məsləhəti ilə evlənsə, daha çox şey qazanmış olar.

“Boşanmalarda həm gənclərin ailələri və həm də onların özlərinin günahı var. Bu gün, dağılan ailələrin çoxu düşünülməmiş qurulan ailələrdir. Əvvəllər ağsaqqal olardı və onlar ailə qurmazdan öncə tövsiyələr verərdilər, ailələr bir-birilərini tanıyardılar. Amma bu gün belə şeylərə çox az rast gəlirik. İndi evlənəndən sonra deyirlər ki, xasiyyətimiz düz gəlmədi. Bəs evlənənə qədər zamanla bir-birilərini tanımalı idilər axı...” - deyən komitə sədri nikah şöbələrində ictimai qurumların yaradılmasını təklif edib.

“Nikah bölmələrində ağsaqqallardan, ağbirçəklərdən və başqa təşkilatların nümayəndələrindən ibarət ictimai qurumlar olmalıdır. Onlar evlənmək və boşanmaq istəyən gənclərə məsləhətlər, tövsiyələr verməlidirlər. Bu gün, boşanmaq istəyənlər ərizə verirlər və 1 həftədən sonra onları boşayırlar. Belə olmaz axı... Bu düzgün deyil. Bu məsələ ilə bağlı komitəmizdə mütləq müzakirələr aparılacaq” - komitə sədri deyib.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun radio proqramında

12 yaşlı məktəblinin Putinə çətin sualı
Azərbaycanı Kuba, Venesuela kimi sərt tənqid edirlər

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

"ABŞ Azərbaycana iki yol təklif edir"
Putin Qarabağdakı qanlı toqquşmadan danışdı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG