Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:18

►Nazirlər Kabineti: Söküləcək, faktiki yaşayanlara 45 min manat ödəniləcək

Nazirlər Kabineti aprelin 14-də Xətai rayonunda uçqun baş verən 10 saylı və 14 saylı yataqxanaların aqibəti ilə bağlı qərar verib. Bu hqada Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Zaməddin Əkbərov APA-ya məlumat verib.

Nazirlər Kabinetinin sərəncamına əsasən, kəskin qəzalı vəziyyətdə olan hər iki yataqxana binası söküləcək. Həmin yataqxanada faktiki yaşayan ailələrin hər birinə dövlət hesabına 45 min manat vəsaitin verilməsi nəzərdə tutulur.

Z. Əkbərov kompensasiyanın Xətai rayon İcra Hakimiyyətinin xətti ilə sakinlərə çatdırılacağını deyib.

“Yataqxanaların sakinləri ilə də bu gün (14 apreldə) toplantı keçirilib və sakinlərə müvafiq sənədləri toplamaq lazım olduğu bildirilib” - deyə Z. Əkbərov bildirib.

Martın 28-də Xətai rayonu, Cavanşir küçəsi, 10 ünvanında yerləşən beşmərtəbəli yataqxananın 3-cü və 4-cü mərtəbələri arasındakı arakəsmə uçmuşdu.

Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan həmin bina 1979-cu ildə inşa edilib. Bu binanın qəzalı olması ilə bağlı sakinlər bir müddət öncə mətbuat konfransı keçirmişdilər. Onda sakinlər hökumətdən kömək istəyirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG