Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:10

►“Həyətdə ağac qurtaranda meşəyə üz tuturuq. Arada “ekologiyadan” gəlib kənddən bir-iki nəfəri cərimələyib gedirlər. Cəriməni yazan başa düşmür ki, bu adam əlacsızlıqdan meşəyə gedir”

“Ər, arvad, uşaq – düzülürük, gedirik meşəyə, odun qırmağa”.

Qusarın Qayakənd kəndinin sakini Mirzəxan İmanquliyev AzadlıqRadiosuna danışır ki, rayon mərkəzinin yaxınlığında yaşasalar da, burada həyat sanki quyunun dibinə düşüb. Qaz problemindən tutmuş, kənddəki körpünün qəzalı vəziyyətinədək hər şey sakinləri narahat edir:

“Qazımız yoxdur, odunumuz yoxdur. Neçə illərdir, ağacı əkirik, yayda meyvəsini yeyirik, qışda kəsib odun kimi istifadə edirik. Həyətdə ağac qurtaranda meşəyə üz tuturuq. Arada “ekologiyadan” gəlib kənddən bir-iki nəfəri cərimələyib gedirlər. Cəriməni yazan başa düşmür ki, bu adam əlacsızlıqdan meşəyə gedir”.

Kənd sakini deyir, burada yaşamaq özü hünər istəyən məsələdir. İnsanların sosial durumları dözülməzdir. Kənddə tək-tük işləyən adam tapmaq olar:

“Onlar da rayonda kiminsə evində, həyətində fəhləlik edər. İşsizlik bu kənddə bir xəstəlik kimi yayılıb. Bir tərəfdən də qaz yox, yayda susuzluq, kəndin körpüsü qəzalı, telefon, internet yox…”

KÖRPÜNÜ YENİDƏN TİKMƏK PLANDA YOXDUR

Sakin deyir, kəndin bir hissəsi çoxdan qazlaşdırılıb. Onun yaşadığı məhəlləyə çatanda isə, yerli qaz idarəsindən bildiriblər ki, qazın çəkilişinə görə podratçı şirkətlərlə özləri danışmalı, bu məsələni həll etməlidilər. Maddi imkanları məhdud olan kəndlilərdə isə bu məsələni çözməyə pul-para yoxdur.

Qusarın icra hakimiyyətindən AzadlıqRadiosuna bildiriblər ki, kəndin körpüsündə vaxtaşırı təmir işləri aparılır. Bu yaxınlarda da qaynaq işləri görülüb. Körpünü özüldən söküb, yenisini tikmək isə planda yoxdur. Qayakənd və daha bir neçə kəndin telefon və internet problemi bu il həll olunacaq. Qurumdan bildiriblər ki, kəndin su təchizatı da yaxşılaşmaq üzrədir:

“Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Qusarın və bir sıra kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam edir. Bu layihə Qayakəndin də içməli su ilə təchizatına kömək edəcək”.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG