Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:44

-

Bu ilin 3 ayı ərzində Azərbaycanda QİÇS-ə yoluxan 125 nəfər aşkar edilib. Bu haqda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun hesabatında bildirilir.

APA-nın xəbərinə görə, onların 121-i Azərbaycan vətəndaşı, 4-ü isə əcnəbidir. Hesabatda 125 nəfərin 31-inin narkotik istifadəçisi olduğu bildirilir. Onlardan 24 nəfəri QİÇS-lə Mübarizə Mərkəzində dispanser qeydiyyatına götürülüb. Digərləri Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində aşkarlandıqlarından orada müşahidə altında saxlanılır.

Azərbaycanda QİÇS-ə yoluxanların 5754 nəfəri rəsmi qeydiyyatdadır. Ekspertlər bu rəqəmin real durumu ifadə etmədiyini düşünürlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG