Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:41

-

Prezident İlham Əliyev aprelin 14-də İstanbulda Türkiyə Baş naziri Ehmed Davudoğlu ilə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin yüksək səviyyədə olması bildirilib.

İki ölkə arasında dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib.

Söhbət zamanı 30-dan çox dövlət başçısının iştirak etdiyi İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin əhəmiyyəti vurğulanıb.

İlham Əliyev Sammitin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək,İslam Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə Türkiyəyə uğurlar arzulayıb.

Görüşdə son vaxtlar Dağlıq Qarabağda cəbhə bölgəsində baş verən hadisələrlə bağlı fikir mübadiləsi də aparılıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevə aprelin 13-də Türkiyəyə gedib. Həmin gün O, Türkiyə prezidenti Receb Tayib Erdoğanla da görüşüb.

Bu gün, İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti işə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG