Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:09

Bakıda “Oxu Günü” keçiriləcək


►“Oxu Günü-2” kitab aksiyası aprelin 23-də saat 12:00-d’ Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Zorge” parkında keçiriləcək

Azərbaycanda “Oxu Günü” keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, mütaliəyə diqqətin artırılmasını hədəf götürən “Oxu Günü-2” ədəbiyyata marağı olan hər kəsin günüdür.

“Oxu Günü” layihəsi bu il Bakıda reallaşacaq.

Layihənin ideya müəllifi Şəmil Sadiqdir.

Təhsli Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Nəsimi Rayon İcra Hakimiyyəti və Hədəf Nəşrlərinin təşkilatçılığı ilə həyata keçirilən “Oxu Günü-2” layihəsinə Azərbaycan Yazıçılar Birliyi, Yunus Əmrə İnstitutu, Kitabevim.az kitab mağazaları şəbəkəsi, Baku-Bus, AMEA Mərkəzi Elmi Kitabxana, Medika Hospital, Qlobal Karyera İnstitutu, ASAN Könüllüləri və Hədəf Kursları təşkilati dəstək verir.

Layihənin informasiya dəstəkçiləri Mədəniyyət kanalı, ASAN radio, Trend xəbər agentliyi və Senet.az ədəbiyyat dərgisidir.

Layihə, ötən il olduğu kimi, bu il də “Gəlin, birgə oxuyaq!” şüarı ilə təşkil olunacaq.

“Oxu Günü”ndə ölkədə fəaliyyət göstərən müxtəlif nəşriyyatlar, kitab və ədəbiyyat klubları iştirak edəcək.

Layihə zamanı tanınmış yazıçılarla görüş, imza mərasimləri və fleşmob təşkil ediləcək.

Layihə çərçivəsində Türkiyənin tanınmış yazıçılarından olan Ahmet Haldun Terzioğlunun oxucularla görüşü və imza mərasimi olacaq.

Kitab aksiyasında fəal oxucularla müəlliflərin, tanınmış insanların bir-birinə qarşılıqlı kitab hədiyyə etməsi layihənin əsas məqsədlərindən biridir.

“Oxu Günü-2” kitab aksiyası aprelin 23-də, saat 12:00-da Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Zorge” parkında keçiriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG