Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:23

-

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili azərbaycanlıların bu ölkədə kompakt yaşadığı Qardabani rayonuna səfər edib.

APA-nın xəbərinə görə, prezident azərbaycanlıların təhsil aldığı Qaracalar kənd orta məktəbində olub. Öncə birincilərin sinfinə daxil olaraq onların gürcü dilini necə öyrənmələri ilə maraqlanıb. Sonra dövlət başçısı məktəblilərin özfəaliyyət rəqs qrupunun nümayiş etdirdiyi rəqslərə baxıb.

G. Marqvelaşvili artıq 3 aydır məktəbdə həyata keçirilən dövlət dilinin öyrədilməsi layihəsi ilə maraqlanıb. Layihə prezidentin dəstəyi və İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetinin, Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir.

“Bu, bizim dövlət dilimizdir. Bu barədə Gürcüstan Konstitusiyasında da yazılıb. Qafqaz tarixində azərbaycanlılar dostluğa sadiq insanlar kimi tanınıb. Mən çox şadam ki, onlar dövlətimizi dəstəkləyir və onun dilini öyrənirlər” - deyə prezidnet jurnalistlərə bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG